Mahir rəsmən Polşa klubunda
Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin Polşanın "Rakuv" klubuna keçidi rəsmiləşib.
"Mediasport" xəbər verir ki, hücumçu Yüksək Liqa təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.
29 yaşlı forvard Polşada icarə əsasında çıxış edəcək.
Çenstoxova klubu mövsümün sonunda yığmamızın üzvününün transfer hüquqlarını əldə edə bilər.
Xatırladaq ki, Mahir 2028-ci ilin iyununa qədər Almaniyanın "Kayzerslautern" klubuna məxsusdur.


