Azərbaycan millisinin sabiq futbolçusu Türkiyə klubundan getdi

Azərbaycan millisinin sabiq futbolçusu Türkiyə klubundan getdi

Azərbaycan millisinin sabiq futbolçusu Vüsal İsgəndərli Türkiyənin "Boluspor" klubundan ayrılıb.

"Mediasport" xəbər verir ki, vinger bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Komandaya təşəkkürünü bildirən yarımmüdafiəçi ayrıldığını açıqlayıb.

29 yaşlı İsgəndərli Bolu təmsilçisinin heyətində 2024-cü ildən forma geyinirdi. O, 2024/2025 mövsümündə 22 oyunda 1 qol və 3 ötürmə ilə yadda qalıb.