Azərbaycan klubu millinin ispan baş məşqçisinə dəvət göndərdi

Azərbaycan klubu millinin ispan baş məşqçisinə dəvət göndərdi

Futbol üzrə Belarus milli komandasının baş məşqçisi Karlos Alos Azərbaycandan dəvət alıb.

"Mediasport" xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

Adı açıqlanmayan Azərbaycan klublarından birinin 50 yaşlı mütəxəssisə təklif göndərdiyi bildirilib.

Qeyd edək ki, Belarus millisini 2023-cü ildən çalışdıran pireneyli daha əvvəl “Poqon”(Polşa), Qazaxıstan yığması (U-17), “Kayrat” (Qazaxıstan), “Rabat” (Mərakeş), “Qətər” (Qətər), “Enosis Paralimni” (Kipr) və Ruanda seçməsinin baş məşqçisi olub.