Azərbaycan milli komandası FİFA reytinqində iki pillə gerilədi
Futbol üzrə Azərbaycan milli komandası FİFA reytinqində iki pillə geriləyib.
"Mediasport" xəbər verir ki, yığmamız 1132,00 xalla 126-cı pillədə yer alıb.
Ayxan Abbasovun çalışdırdığı komanda son olaraq yoldaşlıq matçında Maltaya məğlub olub (0:2), San-Marinonu üstələyib (2:1).
Reytinq sıralamasının zirvəsində Argentina (1877,27 xal) qərarlaşıb.
İspaniya (1874,71 xal) ikinci, Fransa (1870,70 xal) üçüncü pillədədir.


