"Neftçi"dən yazdı: “Bu formanı daşımaq mənim üçün qürur idi"
“Hər başlanğıcın bir sonu, hər yolun bir ayrılığı var... “Neftçi” forması ilə keçirdiyim hər an, qazandığım təcrübələr və yaşadığım xatirələr mənim üçün hər zaman xüsusi olacaq”.
"Mediasport" xəbər verir ki, bu sözləri “Neftçi”dən ayrılan Elvin Camalov yazıb.
Sosial şəbəkə hesabında paylaşım edən yarımmüdafiəçi azarkeşlərə təşəkkürünü çatdırıb:
“Bu formanı daşımaq və bu böyük klubun bir parçası olmaq mənim üçün qürur idi.
Mənə hər zaman dəstək olan, yaxşı gündə də, çətin gündə də yanımda dayanan bütün “Neftçi” azarkeşlərinə təşəkkür edirəm. Sizin sevginiz və dəstəyiniz mənim üçün hər zaman dəyərli olacaq.
Bəzən yollar ayrılır, amma hörmət və xatirələr qalır. “Neftçi” həmişə qəlbimdə olacaq. Hər şey üçün təşəkkürlər, “Neftçi” ailəsi”.

