Azərbaycan millisinin üzvləri AİA-da azarkeşlərlə görüş keçiriblər

Azərbaycan millisinin üzvləri AİA-da azarkeşlərlə görüş keçiriblər

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları - Manə Mollayeva, Yeliz Açar və Nərgiz Əliyeva azarkeşlərlə görüş keçiriblər.

"Mediasport" xəbər verir ki, tədbir Azərbaycan İdman Akademiyasında baş tutub.

İmza günündə yığma üzvləri azarkeşlərlə bir araya gələrək imza paylayıb, onlarla şəkil çəkdiriblər.

Görüşün keçirilməsində əsas məqsəd azarkeşlərlə milli komanda üzvləri arasında əlaqələrin daha da gücləndirilməsidir.