Millimizin üzvü Bundesliqada bu dəfə 66 dəqiqə oynadı - Uduzdular

Millimizin üzvü Bundesliqada bu dəfə 66 dəqiqə oynadı - Uduzdular

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, müdafiəçinin formasını geyindiyi "Hamburq" 17-ci tur çərçivəsində evdə "Leypsiq"lə üz-üzə gəlib.

Qarşılaşmada hesabı açan autsayder hamburqlular yekunda uduzublar - 1:3. Mirzəliyeva 66 dəqiqə meydanda olub.

"Hamburq" 14 komandalı liqada 10 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.