DÇ-2027: Millimiz Bakıda Şimali Makedoniya yığması ilə üz-üzə

DÇ-2027: Millimiz Bakıda Şimali Makedoniya yığması ilə üz-üzə

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün DÇ-nin seçmə qrup mərhələsində ilk oyununa çıxacaq.

"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının 3-cü qrupu çərçivəsində Şimali Makedoniya futbolçularını qəbul edəcək.

Qarşılaşmanı Polşadan olan hakimlər idarə edəcəkkər.

"Dalğa Arena"da start götürəcək matç saat 15:00-da başlanacaq.

Yığmamızın qrupda növbəti sınağı martın 7-də Felksutda Macarıstana qarşı olacaq.

Mundialın final mərhələsi 2027-ci il 24 iyun - 25 iyul tarixlərində 32 ölkənin iştirakı ilə Braziliyada təşkil olunacaq.

Xatırladaq ki, millimiz qrup birincisi olsa, DÇ-nin əsas mərhələsinə yollanmaq üçün iki raundlu pley-off görüşləri keçirməlidir.