Azərbaycan idmançısı "Ginnesin Rekordlar Kitabı"na düşdü
Stolüstü tennis üzrə Azərbaycan milli komandasının üzvü Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
"Mediasport" xəbər verir ki, idmançı bu göstəriciyiə “Şüa” İdman Kompleksində təşkil olunan tədbirdə topu uzaq məsafədən oyuna daxil etmə üzrə imza atıb.
Məmmədov dünya rekordunu 17 metrlik nəticə ilə yeniləyib.
Əvvəlki rekord 16,70 metr göstərici ilə türkiyəli Osman Gürcüyə məxsus idi.
