Dünyanın ilk transgender futbol hakiminin Bakıda nə işi var idi?

Qadın futbolçular arasında UEFA Millətlər Liqasının qrup mərhələsi matçları keçirilir.
B Liqasına yüksəlmək istəyən Azərbaycan milli komandası C Divizionunun 4-cü qrupu çərçivəsində Bakıda Litva yığması ilə qarşılaşıb.
Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Bayılda gözlənilmədən biabırçı məğlubiyyətlə üzləşib - 0:5.
Lakin qarşılaşmada təəccüblü təkcə hesab olmayıb, matçın baş hakimi də diqqət çəkib.
Qısa araşdırma ilə məlum olub ki, əsas hakim Sapir Qaya Berman cinsi azlıq nümayəndəsidir. O, dünyada ilk transgender hakim kimi tanınır.
İsraildə anadan olmuş 31 yaşlı referinin ilk ad-soyadı Saqi Bermandır.
Mediasport.com.az