FOTO: Fərid Mansurov yol hərəkəti qaydasını kobud şəkildə pozdu
Olimpiya çempionu, Azərbaycan İdman Akademiyasının rektorunun müşaviri Fərid Mansurov avtomobilini Ağ Şəhərdə yol kənarındakı parkinqdə əks istiqamətdə saxlayıb.
"Mediasport" xəbər verir ki, tanınmış idmançıya məxsus olan 10-FM-010 dövlət qeydiyyat nişanlı avtomobilin parkinqdə saxlanma vəziyyəti diqqət çəkib.
Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən olunmuş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə sürücülər məsuliyyət daşıyır.
Bu kimi əməllərə görə sürücü məcəllənin 327.4-cü maddəsinə əsasən 150 manat + 4 cərimə balı ilə cərimələnir.

