Azərbaycan Premyer Liqasında VAR sistemi ilə bağlı 2 yenilik

Azərbaycan Premyer Liqasında VAR sistemi ilə bağlı 2 yenilik

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümündə VAR sistemi ilə bağlı iki yenilik tətbiq olunacaq.

"Mediasport" xəbər verir ki, məlumatı Peşəkar Futbol Liqası paylaşıb.

Bildirilib ki, 2026-cı il dünya çempionatında VAR sistemi ilə bağlı həyata keçirilən yeniliklər qarşıdakı mövsüm Azərbaycan Premyer Liqasında da qüvvəyə minəcək.

Yeniliklər əlavə iki oyun epizodunun araşdırılmasını nəzərdə tutur. Bunlar səhv göstərilən qırmızı vərəqə və ikinci sarı vərəqədən sonra verilən qırmızı vərəqə ilə bağlı epizodlardır.

Yeniliklərlə bağlı AFFA Hakimlər Komitəsi tərəfindən xüsusi təqdimat hazırlanaraq klublarla paylaşılıb.