"Səbail" Premyer Liqadan düşdü, "Turan Tovuz" "Neftçi"yə uduzdu

"Səbail" Premyer Liqadan düşdü, "Turan Tovuz" "Neftçi"yə uduzdu

Azərbaycan Premyer Liqasında 34-cü turun görüşləri keçirilir.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.

Paytaxtda "Səbail"in çempionatdan düşməsi rəsmiləşib, Tovuzda "Neftçi" 3 xala sevinib.

Tura sabah yekun vurulacaq.

Xatırladaq ki, ilk gündə "Sabah" "Şamaxı"ya qalib gəlib (3:1).


Azərbaycan Premyer Liqası. 34-cü tur


“Səbail” - “Zirə” 0:1

Qol: Davit Volkov, 90+1.

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov

VAR: Kamal Umudlu

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Ömər Paşayev

ASCO Arena. Saat 17:00


“Turan Tovuz” - “Neftçi” 1:2

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov

VAR: Nicat İsmayıllı

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Ramil Diniyev

Tovuz şəhər stadionu. Saat 19:30