Yığmamız Dünya Seriyasının 1/4 finalında Çinlə üz-üzə gəlir

3x3 qadın basketbolçulardan ibarət Azərbaycan yığması Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala yüksəlib.
"Mediasport" xəbər verir ki, komandamız yer aldığı C qrupunun son matçında Ukrayna basketbolçularını məğlub edib - 21:20.
Mərhələni qrup lideri kimi keçən yığmamız bu gün yarımfinal uğrunda Çin komandası ilə qarşılaşacaq.
Görüş Bakı vaxtilə saat 18:50-də başlanacaq.