Azərbaycan yığma komandası səfərdə Bolqarıstan millisinə qarşı

Azərbaycan yığma komandası səfərdə Bolqarıstan millisinə qarşı

Azərbaycanın qadın basketbolçulardan ibarət milli komandası bu gün AVRO-2027-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv 4-cü tur görüşündə Bolqarıstan yığması ilə qarşılaşacaq.

Plovdiv şəhərindəki "Kolodrum Arena"da təşkil olunacaq duel Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Xatırladaq ki, E qrupunda bunadək Bolqarıstan (48:141), Monteneqro (62:104) və Ukraynaya (34:98) məğlub olan basketbolçularımız 3 xalla sonuncu pillədə qərarlaşıblar.

Qitə çempionatının final mərhələsi Belçika, İsveç, Finlandiya və Litvada təşkil ediləcək.


1. Bolqarıstan    3  3   0+117  6

2. Ukrayna         3  2  1+50    5
3. Monteneqro   3  1  2+32    4
4. Azərbaycan   3  0  3-199   3