"Neftçi" ABL-in final seriyasında ümumi hesabı bərabərləşdirdi

"Neftçi" ABL-in final seriyasında ümumi hesabı bərabərləşdirdi

Azərbaycan Basketbol Liqasında (ABL) çempionluq uğrunda yarışan "Sabah" və "Neftçi" final seriyasının 4-cü qarşılaşmasında üz-üzə gəlib.

"Mediasport" xəbər verir ki, Bakı İdman Sarayında keçirilən oyunda növbəti dəfə "Neftçi" qalib gəlib - 84:66.

"Ağ-qaralar" bununla ümumi hesabı bərabərləşdiriblər - 2:2.

Finalın 5-ci dueli mayın 11-də baş tutacaq.

Qeyd edək ki, seriyada 4 qələbəyə ilk çatan kollektiv Azərbaycan çempionu olacaq.