Çempionlar Liqası: "Sabah"ın rəqibləri bu tarixdə bəlli olacaq

  Çempionlar Liqası: "Sabah"ın rəqibləri bu tarixdə bəlli olacaq

"Sabah" Basketbol Klubu FİBA Çempionlar Liqasının müntəzəm mövsümünün püşkatmasında 3-cü səbətdə yer alacaq.

"Mediasport" xəbər verir ki, püşkatma zamanı təmsilçimizin qrup mərhələsindəki rəqibləri müəyyənləşəcək.

FİBA Çempionlar Liqasının 2026/27 mövsümünün müntəzəm mövsümün püşkatması iyulun 8-i keçiriləcək.

Tədbir İsveçrənin Mies şəhərində yerləşən "Patrick Baumann" Basketbol Evində təşkil olunacaq.

Mərasim FİBA Çempionlar Liqasının rəsmi "YouTube" kanalında canlı yayımlanacaq.

Müntəzəm mövsümə oktyabrın 6-da start veriləcək.