Azərbaycanda baş məşqçi rəqib komandadan olan həmkarını döydü
Azərbaycanda baş məşqçi rəqib komandadan olan həmkarını döyüb.
"Mediasport" xəbər verir ki, söhbət AFFA U-13 Liqasında yarışan Zaqatalanın "Alfa" klubunun çalışdırıcısı Rüstəm Məmmədovdan gedir.
O, çempionatda "Aslan" (Zaqatala) kollektivi ilə görüşdə rəqibin baş məşqçisinə fiziki zor tətbiq edib.
AFFA İntizam Komitəsu bu səbəbdən Məmmədova 5 oyunluq cəza kəsib.
U-15 Liqasının “Neftçi” – “Qəbələ” oyununda isə “ağ-qaralar”ın köməkçi məşqçisi Nakim Vəliyev final fitindən sonra hakimlərə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə alıb və 7 oyunluq diskvalifikasiya edilib.
Paytaxt klubu 1000 manat da cərimə ödəyəcək.

