"Sabah"ın Çempionlar Liqası oyununa 15 min bilet satıldı
Avqustun 25-də Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq "Sabah" - "Hapoel" (Beer-Şeva, İsaril) görüşünə 15 min bilet satılıb.
Bu barədə "Mediasport"a Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.
Bilet satışı davam edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.
Xatırladaq ki, ilk matçda İsrail klubu minimal hesablı qələbə qazanıb - 2:1.


