"Qarabağ" ələ düşən imkanlardan düzgün istifadə etsə..." - EKSPERT

"Sabah "Qarabağ"ı çətin oyun gözləyir. Amma komandanın vahid oyun üslubu olduğu üçün mən pozitivəm. Ağdam təmsilçisinin heyətində yaxşı futbolçular var. Onlar oyun tərzindən qopmurlar".
Bu sözləri "Mediasport"a açıqlamasında tanınmış menecer Ceyhun Sultanov deyib.
Veteran futbolçu 2022-23 mövsümündə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a uduzan "Ferensvaroş"un (1:1, 3:1) revanş arzusunda olacağını söyləyib:
"Qarabağ" ələ düşən imkanlardan düzgün istifadə etsə, Azərbaycana yaxşı nəticə ilə qayıdacaq. Doğrudur, "Ferensvaroş" da "Qarabağ"a məğlub olduğu üçün əvəzini çıxmağa çalışacaq. "Qarabağ"a uğurlar arzulayıram".
Xatırladaq ki, sabah Budapeştdə reallaşacaq "Ferensvaroş" - "Qarabağ" dueli Bakı vaxtilə saat 23:00-da start götürəcək.
Komandalar avqustun 26-da Bakıda cavab qarşılaşmasına çıxacaqlar.