"Sabah" UEFA Çempionlar Liqasında "Nant"la qarşılaşacaq

"Sabah" UEFA Çempionlar Liqasında "Nant"la qarşılaşacaq

İsveçrənin Nyon şəhərində UEFA Gənclər Liqasının Çempionlar Yolunun püşkatma mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, püşkatmada yarışın üç mərhələsinin cütlükləri müəyyən olunub.

Turnirdə Azərbaycanı təmsil edəcək “Sabah”ın U-19 komandası mübarizəyə ikinci raunddan qoşulacaq.

Ölkə çempionunun rəqibi Fransanın “Nant” klubu olacaq. "Sabah" ilk matçına səfərdə çıxacaq.

Raundun ilk oyunları oktyabrın 22-də, cavab görüşləri noyabrın 5-də baş tutacaq.

Xatırladaq ki, ÇL-də Azərbaycanın digər təmsilçisi “Qarabağ”ın U-19 komandasının rəqibləri əsas kollektivin püşkatmasından sonra bilinib.

Ağdam təmsilçisi Çempionlar Liqası Yolunda "Benfika" (Portuqaliya), "Kopenhagen" (Danimarka), "Atletik" (İspaniya), "Çelsi" (İngiltərə), "Napoli" (İtaliya) və "Ayaks"la (Niderland) üz-üzə gələcək.