Azərbaycanı beynəlxalq turnirdə təmsil edəcək klublar bəlli oldu
Azərbaycanın 2 basketbol klubu "FIBA Europe Cup" turnirində mübarizə aparacaq.
"Mediasport" xəbər verir ki, "Gəncə" Azərbaycan Basketbol Liqasını 3-cü pillədə başa vurduğu üçün turnirin müntəzəm mövsümündə iştirak edəcək.
"Neftçi" isə liqanı 4-cü yerdə tamamladığı üçün yarışa təsnifat mərhələsindən başlayacaq.
Püşkatma mərasimi 16 iyulda Münhendə keçiriləcək.
"Landau Lions" FİBA Basketbol Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq.
Klub bu yarışın müntəzəm mövsümünə vəsiqə qazana bilməsə, "FIBA Europe Cup" turnirinin müntəzəm mövsümündə çıxış edəcək.


