Milli komandamızın seçmə mərhələsindəki rəqibləri açıqlandı

 Milli komandamızın seçmə mərhələsindəki rəqibləri açıqlandı

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər evrir ki, Evren Alkayanın baş məşqçisi olduğu yığmamız A qrupunda yarışacaq.

Komandamızın rəqibləri İsveçrə, İslandiya və İrlandiya seçmələri olacaq.

Qitə birinciliyinin seçmə mərhələ görüşləri noyabrın 8-18-i aralığında və 2027-ci ildə (7-17 fevral) keçiriləcək.