Dünya Kuboku: Azərbaycan millisi Bakıda İrlandiyaya məğlub oldu

Azərbaycanın kişi basketbolçulardan ibarət yığması dünya çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
"Mediasport" xəbər verir ki, A qrupunda mübarizə aparan Tahir Baxşıyevin komandası Bakıda bizim üçün formal xarakter daşıyan dueldə İrlandiya millisi ilə qarşılaşıb.
Görüş britaniyalıların qələbəsi ilə yekunlaşıb - 79:64.
Qrupa 10 xalla İsveçrə yığması başçılıq edir. İrlandiyanın 9, bir oyun az keçirmiş Kosovo və qrup sonuncusu Azərbaycanın 7 xalı var.
Xatırladaq ki, komandamız daha əvvəl iki dəfə İsveçrəyə, həmçinin İrlandiya və Kosovoya səfərdə məğlub olub.
Qrupda yeganə qələbəmizi Bakıda Kosovo üzərində qazanmışıq.