Gəncə klubu Bakıda qalib gəldi

 Gəncə klubu Bakıda qalib gəldi

Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk turunun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, növbəti qarşılaşma Bakı İdman Sarayında reallaşıb.

Gərgin keçən “NTD” - “Gəncə” görüşündə sevinən tərəf qonaqlar olublar - 90:85.

Sabah "Lənkəran" "Sumqayıt", "Sərhədçi" isə "Quba" ilə üz-üzə gələcək.

Tura oktyabrın 4-də "Ordu" və "Naxçıvan" kollektivlərinin dueli ilə yekun vurulacaq.