"Sabah" Çempionlar Liqasında Serbiya klubuna uduzub 8-ci oldu

"Sabah" Çempionlar Liqasında Serbiya klubuna uduzub 8-ci oldu

"Sabah" basketbol klubunun U-18 komandası gənclər arasında Çempionlar Liqasında son oyununu keçirib.

"Mediasport" xəbər verir ki, təmsilçimiz 5-8-ci yerlər uğrunda matçda Serbiyanın "Borats" kollektivi ilə qarşılaşıb.

Bosniya və Herseqovinada keçirilən görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 67:60.

Beləliklə, "bayquşlar" turnirdə 8-ci yeri tutublar.

Xatırladaq ki, "Sabah" B qrupunda Almaniyanın "Porşe BBA Lüdviqsburq" komandasını məğlub edib (72:61), Bosniya və Herseqovinanın "İqokea"ya klubuna uduzub (58:88).