Azərbaycanın iki klubu Avropa Kubokunda növbəti görüşə çıxır
Bu gün Azərbaycanın iki basketbol klubu FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyunlarını keçirəcək.
"Mediasport" xəbər verir ki, H qrupunda yarışan "Neftçi" 4-cü tur çərçivəsində "Oradya"nı (Rumıniya) qəbul edəcək.
Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək.
"Ağ-qaralar" əbbəlki 3 turda "Fribur Olimpik" (İsveçrə), "Mikonos" (YUnanıstan) və VEF-ə (Latviya) uduzub.
G qrupunda mübarizə aparan "LANDAU Lions" isə Bakı İdman Sarayında Türkiyənin "Denizli Basket" kollektivi ilə qarşılaşacaq.
Matç 20:30-a təyin edilib.
"LANDAU Lions" da qrupda "Bakken Birs" (Danimarka), "Lions de Geneve" (İsveçrə) və "Prievidza" (Slovakiya) komandalarına məğlub olub.

