Azərbaycanın 7 şahmatçısı dünya çempionatında mübarizə aparacaq

Azərbaycanın yeniyetmə şahmatçıları Qazaxıstanda dünya çempionatında mübarizə aparacaqlar.
"Mediasport" xəbər verir ki, mundialda ölkəmizi 7 zəka sahibi təmsil edəcək.
Bu gün paytaxtda Almatıda mundialın açılış mərasimi keçiriləcək.
Turnirdə Fatimə Mirzəliyeva, Nurlan Əzizli, Mehriban Əhmədli, Mələk Əsədli, Atilla Orman, Kənan Babasoy və Əsnad Baxşızadə yarışacaqlar.
8, 10 və 12 yaş kateqoriyalarında oğlanlar və qızlar arasında keçiriləcək yarışa 83 ölkədən 785 şahmatçı qatılacaq.
11 turdan ibarət dünya çempionatı sentyabrın 30-da başa çatacaq.