Gəncədə və Şirvanda baş tutacaq şahmat turnirlərinin tarixi açıqlanıb

  Gəncədə və Şirvanda baş tutacaq şahmat turnirlərinin tarixi açıqlanıb

Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Gəncə və Şirvanda "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində şahmat turnirləri keçiriləcək.

"Mediasport" xəbər verir ki, noyabrın 11-18-də "Ganja Open", noyabr 19-26-da isə "Shirvan Open" baş tutacaq.

Xatırladaq ki, ümumilikdə səkkiz mərhələdən ibarət bu seriyanın üç mərhələsində gənc azərbaycanlı şahmatçı Xaqan Əhməd qalib gəlib.