Eltac Səfərli İndoneziyada beynəlxalq turnirin qalibi oldu

Azərbaycan şahmatçısı Eltac Səfərli İndoneziyada keçirilən beynəlxalq turnirin qalibi olub.
"Mediasprot" xəbər verir ki, təmsilçimiz 11 turdan ibarət dairəvi sistemlə keçirilən yarışda bütün rəqiblərini qabaqlayıb.
Son turdakı qələbədən sonra Eltac xalını 8,5-ə çatdırmaqla birinci pilləni təmin edib.