8 şahmatçımız İtaliyada dünya çempionatında gücünü sınayacaq

 8 şahmatçımız İtaliyada dünya çempionatında gücünü sınayacaq

İtaliyanın Montesilvano şəhərində yeniyetmələr arasında şahmat üzrə dünya çempionatı keçiriləcək.

"Mediasport" xəbər verir ki, 14, 16 və 18 yaş kateqoriyasında təşkil olunacaq yarışda 86 ölkə təmsil olunacaq.

Azərbaycan mötəbər turnirə 8 zəka sahibi ilə qatılacaq.

Məşqçi Fərid Abbasovun rəhbərliyi altında turnirdə Xaqan Əhməd, Tunar Davudov, Fərid Orucov, Paşam Əlizadə, Şəmsi Qaraxanov, Nərmin Abdinova, Lalə Hüseynova və Zəhra Allahverdi mübarizə aparacaq.

Sabah start götürəcək mundial iyunun 26-da yekunlaşacaq.