Azərbaycanın bu klubunun adı və loqosu dəyişdirildi - RƏSMİ

Azərbaycanın bu klubunun adı və loqosu dəyişdirildi - RƏSMİ

Futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışan "Sheki City" futbol komandasının adı və loqosu dəyişdirilib.

Peşəkar Futbol Liqasından (PFL) "Mediasport"a verilən məlumata görə, "Sheki City" bundan sonra "Şəki" adı altında fəaliyyət göstərəcək.

Komanda ad və loqo dəyişikliyi ilə bağlı bütün sənədləşmə işlərini başa çatdırıb və zəruri sənədlər Peşəkar Futbol Liqasına təqdim edilib.

Qeyd edək ki, liqaların Əsasnaməsinin müvafiq bəndinə əsasən, adı dəyişdirilmiş klub əvvəlki klubun PFL üzvlüyünə malik olur, yarışlarda iştirak etməklə bağlı əvvəllər ortaya çıxan bütün öhdəlikləri yerinə yetirir.