Ozan Can Kökçünün komandası bu dəfə də heç-heçə etdi - VİDEO

Ozan Can Kökçünün komandası bu dəfə də heç-heçə etdi - VİDEO

Futbol üzrə Niderland çempionatında 3-cü turun oyunları davam edir.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin cinah oyunçusu Ozan Can Kökçünün komandası "Volendam" "Telstar"la üz-üzə gəlib (2:2).

Yığmamızın üzvü 46-cı dəqiqədə meydana çıxıb.

Volendam şəhərinin eyniadlı təmsilçisi 2025-26 mövsümündə ölkə çempionatında çıxdığı 3-cü oyunda da heç-heçə edib.

Xatırladaq ki, Ozan Canın komandası yarışın turnir cədvəlində 3 xalla 10-cu pillədə qərarlaşıb.