78 yaşlı sabiq "Qəbələ"li Yüksək Liqa klubunu çalışdıracaq

78 yaşlı sabiq "Qəbələ"li Yüksək Liqa klubunu çalışdıracaq

2013/2014-cü illər mövsümündə “Qəbələ”nin baş məşqçisi olmuş Yuri Syomin özünə yeni iş yeri tapıb.

"Mediasport" xəbər verir ki, 78 yaşlı mütəxəssis Belarusa üz tutub.

Rusiyalı çalışdırıcı son turlar ardıcıl məğlubiyyətlər alan Yüksək Liqanın lideri "ML Vitebsk"lə anlaşıb.

Xatırladaq ki, son olaraq 2021-ci ildə Rusiyada "Rostov"da işləmiş Syomin "Qəbələ"yə Azərbaycan çempionatının bürünc medallarını qazandırıb.