Azərbaycanlı futbolçu Superliqa klubu ilə müqavilə bağladı - RƏSMİ

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli karyerasını yenidən Albaniyada davam etdirəcək.
"Mediasport" xəbər verir ki, vinger Superliqa təmsilçisi “Partizani”yə keçib.
Son olaraq Türkiyədə "Boluspor"un heyətində oynamış İsgəndərli paytaxt klubu ilə 1+1 illik müqavilə imzalayıb.
30 yaşlı oyunçu artıq yeni klubunun heyətində yay-hazırlıq toplanışında iştirak edir. "Partizani" UEFA Avropa Konfrans Liqasına hazırlaşır.
Xatırladaq ki, Vüsal daha əvvəl bu ölkədə "Eqnatiya"nın formasını geyinib.