Nihat: “Qarabağ’ üçün də sevindik, qardaşlarımıza bravo!" - VİDEO

Nihat: “Qarabağ’ üçün də sevindik, qardaşlarımıza bravo!" - VİDEO

UEFA Çempionlar Liqasında xariqələr yaradan “Qarabağ” Türkiyə mətbuatının gündəmindən düşmür.

"Mediasport" xəbər verir ki, xüsusilə son dönəmlərdə Türkiyə yığmasının sabiq üzvü, məşhur Nihat Kahveci Azərbaycan çempionunun uğurlu çıxışları haqda xoş fikirlər səsləndirir.

Veteran futbolçu “Kopenhagen”lə görüşdən sonra da "atlılar"ın ünvanına təriflər yağdırıb.

Nihat bu dəfə “Haber Global” kanalında təmsilçimiz haqda düşüncələrini paylaşıb:

“Qalatasaray”la yanaşı, “Qarabağ’ın qələbəsinə də sevinirəm, çox xoşbəxt olduq. “Kopenhagen” üzərində inamlı qalibiyyət, meydanda üstünlük, dirəyə dəyən zərbə…

İki turdan sonra 6 xal və Avropa futbolunun nəhəngləri ilə turnir cədvəlində qonşuluq. Qardaşlarımıza bravo! Bu, inanılmaz başlanğıcdır.

Pley-off mərhələsinə çıxmaq üçün yaxşı şansları var. Belə büdcə ilə Çempionlar Liqasına belə başlamaq tarixi bir hadisədir. Bu uğurlar asan əldə edilmir”.