"Qarabağ"da əsas heyətə düşə bilməyən futbolçu "Sabah"a keçdi

"Qarabağ"da əsas heyətə düşə bilməyən futbolçu "Sabah"a keçdi

"Qarabağ"ın yola saldığı Amin Ramazanovun yeni komandası məlum olub.

"Mediasport" xəbər verir ki, Ağdam klubunda heyətə düşə bilməyən qapıçı "Sabah"a keçib.

23 yaşlı qolkiper "bayquşlar"ın heyətində məşqlərə başlayıb.

2021-ci ildən "atlılar"ın düşərgəsində olan U-17, U-19 və U-21 millilərimizin sabiq üzvü son mövsümü icarə əsasında 1-ci Liqa təmsilçisi "Zaqatala"da keçirib.

O, "Qarabağ"ın heyətində Premyer Liqada cəmi 15 matç keçirib, 18 qol buraxıb.