17 yaşlı azərbaycanlı müdafiəçi "Qalatasaray"la müqavilə bağladı
17 yaşlı azərbaycanlı futbolçu Can Hacıyev karyerasını Türkiyədə davam etdirəcək.
"Mediasport" xəbər verir ki, gənc müdafiəçi “Qalatasaray” klubunda oynayacaq.
O, İstanbul nəhəngi ilə 2 illik müqavilə bağlayıb.
Hacıyev "aslanlar"ın U-19 komandasında forma geyinəcək. Türkiyə klubu UEFA Gənclər Liqasında mübarizə aparacaq.
Xatırladaq ki, hər iki cinahda oynaya bilən həmyerlimiz ötən mövsümü "Sion"da (İsveçrə) keçirib.


