İspaniya, Almaniya və Rusiya klublarının üzvləri yığmamızda
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 9-dan 17-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Bu barədə "Mediasport"a AFFA-dan məlumat verilib.
Hazırlıq prosesində komanda Omanın U-23 yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Görüşlər noyabrın 14-də və 17-də baş tutacaq.
Qarşılaşmaların keçiriləcəyi stadion və başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
| Nr. | Adı / Soyadı | Klub |
| 1 | Sadiq Məmmədzadə | İmişli |
| 2 | Səlim Həşimov | Gəncəbasar |
| 3 | Teymur Həsənov | Qarabağ |
| 4 | Ceyhun Bağırzadə | Şamaxı |
| 5 | Elgün Dünyamaliyev | Sabah |
| 6 | Hüseyn Hüseynov | Mingəçevir |
| 7 | Timur Vəliyev | Master-Saturn (Rusiya) |
| 8 | Məhəmməd Məhəmmədov | Neftçi PFK |
| 9 | Həsən Məmmədli | Rot-Vays Oberhausen (Almaniya) |
| 10 | Mikael Cəbrayılov | İnter Barselona (İspaniya) |
| 11 | Allahverdi Rəhimov | Zaqatala |
| 12 | Elnur Mustafayev | Mingəçevir |
| 13 | Yusif Hacıyev | Zirə |
| 14 | Qədir Ramazanov | Qəbələ |
| 15 | Ceyhun Kəlbəliyev | Şimal |
| 16 | Dinamin Bağırov | Gəncəbasar |
| 17 | Cuma Hüseynov | Qəbələ |
| 18 | Elmar Məmmədov | Şəfa |
| 19 | Əli Xəlilov | Aleksandriya (Ukrayna) |
| 20 | Müzəffər Qurbanov | Dnepr (Belarus) |
| 21 | İlkin Cəfərli | Sabah |
| 22 | Elşən Hidayətov | Baku Sporting |
| 23 | Yusif Mehtiyev | Lokomotiv (Gürcüstan) |
| 24 | Niyazi Osmanov | Şimal |

