Azərbaycanı çempionu olan klub heyətinə legioner futbolçu cəlb etdi
Futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışan "Şahdağ Qusar" heyətini iki futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, şimallılar Kvaku Acei və Orxan Fərəcovu transfer ediblər.
Hər iki futbolçu ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub.
Xatırladaq ki, Qusar təmsilçisi 2-ci Liqanın çempionu kimi debüt etdiyi birincilikdə 7 turdan sonra 10 xalla 5-ci pillədə qərarlaşıb.
Lider "Şəfa"nın 19 xalı var.
