"İstək və xarakter göstərmək, təslim olmamaq lazımdır"

Futbol üzrə Azərbaycanın A milli komandası DÇ-2026-nın seçmə mərhələsinin Fransa ilə oyunu üçün Parisə yola düşüb.
"Mediasport" xəbər verir ki, yığmanın baş məşqçi Ayxan Abbasov səfəröncəsi jurnalistlərin suallarını cavablandırıb.
Komanda psixoloji olaraq hazırdır?
- Üç gün idi ki, Bakıdaydıq. Furbolçuların yanaşması bizi sevindirir. İstəkli idilər. Yüngül zədədən qayıdanlar var. Əsas odur ki, hamı bu oyunların mahiyyətini bilir. Bizi ağır matçlar gözləyir. Komanda olaraq istək və xarakter göstərmək, təslim olmamaq lazımdır.
Millidə nəyi dəyişə bilmisiniz?
- Əlbəttə birdən-birə nəyisə dəyişnək çətindir. Yanaşmamızı dəyişməliyik. İnanıram ki, futboçular formanın dəyərini biləcəklər. Get-gedə daha yaxşı olacağıq.
Fransa millisində Kilian Mbappe, Usman Dembele yəqin ki, olmayacaq. Barkola da sıradan çıxıb...
- Fransa güclü komandadır. Alternativləri adlarını çəkdiyiniz oyunçulardan geri qalmır. Fransaya qarşı komanda olaraq hazırlaşmışıq. Elə futbolçular var ki, komandada vacib rol oynayır. Mbappe, Dembele də onlardandır.
Təzyiq hiss edirsiniz?
- Hər kəsə təşəkkür edirəm. Dəstək var, bu, motivasiyadır. Millidə çalışmaq bizim üçün qürurdur. Böyük məsuliyyətdir. Harada olduğumuzu bilirik. Uğurlu çıxış etməyə çalışacağıq. Təzyiqlər normaldır. Belə böyük komandanın baş məçqçisi olmaq qürurvericidir. Hər oyunda maksimum xal qazanmaq istəyirik. Çox çətin qrupdayıq. Evdə də iki oyunumuz var.
Rüfət Abdullazadənin milliyə dəvət edilməməsi nə ilə əlaqədardır?
- Hər dəfə millinin heyəti açıqlanandan sonra fikir mübadiləsi olacaq. Keçən oyunlarda Murad Xaçayevin, Faiq Hacıyevin milliyə niyə dəvət olunmamasından danışdılar. Kənarda qalanlardan danışılır. Rüfəti yaxşı tanıyıram. Bu gün biz başqa cür yanaşırıq. Həmin mövqedə oyunçularımız var. Bir oyunçu artıq dəvət etdik. Gələn oyunlarda dəyişiklik olacaq. Təyinatım matçlara bir həftə qalmış reallaşdı. Tam seleksiyamız olmamışdı. Bundan sonra bütün futbolçulara baxılacaq. Bəzi futbolçular az oynasa da, onlar milliyə lazımdır. Onlardan bir gündə üz döndərməli deyilik. Rüfət və digərləri var ki, qarşıdakı toplanışda bizimlə olacaq.