Azərbaycanlı hakim Niderland millisinin oyununu idarə edəcək

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva - Niderland oyununun baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.
Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq.
G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən "Daryus və Qirena" stadionunda keçiriləcək.