"Premyer Liqada klub sayının artırılmasına sevinmədim"

"Premyer Liqada klub sayının artırılmasına sevinmədim"

"Açığı, Premyer Liqada klub sayının artırılmasına sevinmədim. Mənim öz səbəblərim var. Çempionatımız indi-indi oturuşmuşdu. Son iki ildir ki, ciddi rəqabət gedirdi. Bu rəqabətin təsirini avrokuboklarda oynayanda daha yaxşı hiss edirik".

Mediasport.com.az xəbər verir ki, bu fikirləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov səsləndirib.

Mütəxəssis "CBC Sport”un “90 dəqiqə” verilişində qonaq olub, maraqlı fikirlərlə diqqət çəkib.

O, daha sonra çempionatda yeni mövsümdən legioner limitinin ləğv olunacağı məsələsinə də toxunub:

“Limitin tam ləğv olunacağı mənim üçün gözlənilməz oldu. Mən hardasa 8+3, bəlkə 9+2 olacağını düşünürdüm. Limitin ləğv edilməsinin mərhələli şəkildə olacağını gözləyirdim. Mən düşünürəm ki, vəziyyət təhlil olunub və nəsə arqumentləri var.

Klub məşqçiləri üçün limitin ləğv edilməsi sərf edir. Məsələ onda deyil ki, sabah mənim heyətimdə yerli futbolçular olmayacaq, məsələ heyətlərin formalaşmasında, itkilər, zədələr olduqda daha baş sındırmırsan ki, yerli futbolçu ya legioner futbolçu oynadacağam".