Futbolçular rəhbərliyə 3 gün vaxt verdilər - "Şəfa"da XAOS yaşanır

Futbolçular rəhbərliyə 3 gün vaxt verdilər - "Şəfa"da XAOS yaşanır

Premyer Liqaya qayıdışı uğursuz alınan "Şəfa"da işlər yoluna düşmək bilmir.

Geridə qalan 9 turda yalnız 1 dəfə qələbə qazanan Bakı təmsilçisi idarəetmə ilə yanaşı, maliyyə böhranı da yaşayır.

Dünənə qədər vitse-prezident Əfran İsmayılovun şəxsi obyekti kimi yanaşdığı, turnir cədvəlində son pilləni bölüşən klubdan bununla bağlı redaksiyamıza maraqlı informasiya daxil olub.

Bildirilib ki, futbolçular 3-cü aydır maaş almırlar. Komanda üzvlərinə əməkhaqlarının köçürülməməsinin səbəbi barədə məlumat verilmir.

Xüsusilə vəziyyətdən cana doyan legionerlərin rəhbərliklə görüşərək 3 gün vaxt qoyduğu deyilir:

Noyabrın 5-nə qədər azı 2 aylıq maaşlar ödənilməsə, "Şəfa"dan aidiyyəti təşkilatlara rəsmi şikayət edəcəklər.

Xatırladaq ki, bakılılar 2 aydan çoxdur rəsmi əməkdaşlıq etdikləri media qurumlarınıa olan borclarını da köçürməyiblər.

Mediasport.com.az