"Çelsi"nin ulduz futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqiblərindən "Çelsi" ciddi itki ilə üzləşib.
"Mediasport" xəbər verir ki, İngiltərə nəhənginin aparıcı futbolçusu Koul Palmer sıradan çıxıb.
London klubunun həkimləri 23 yaşlı vingerin 2 aya yaxın yaşıl meydanlardan kənar qalacağına dair raport veriblər.
Məlumatı "zadəganlar"ın baş məşqçisi Enso Mareska təsdiq edib.
Xatırladaq ki, Liqa mərhələsinin 4-cü turu çərçivəsində Bakıda baş tutacaq “Qarabağ” - "Çelsi" görüşü noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.