"Qurban Qurbanov Azərbaycan futbolunun ən uğurlu məşqçisidir"

"Qurban Qurbanov Azərbaycan futbolunun ən uğurlu məşqçisidir"

"Qurban Qurbanov “Qarabağ” üçün əsas simadır. Səhv etmirəmsə, müasir Azərbaycan futbolunun ən uğurlu məşqçisidir.

"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu deyib.

Ötənlərin məşhur futbolçusu "iAM SPORT" nəşrinə açıqlamasında Ağdam klubunun Çempionlar Liqasının təsnifat mərhələsində Rumıniyanın FKSB komandası ilə mümkün qarşılaşmasını şərh edib.

46 yaşlı mütəxəssis Qurban Qurbanovun komandasının çox güclü olduğunu qeyd edib:

"O, komandaya 2008-ci ildən rəhbərlik edir. "Qarabağ"ın oyun fəlsəfəsi topa sahib olmaq, oyunu qısa ötürmələrlə qurmaq, oyunçular arasında hərəkətli mövqe dəyişmək üzərində qurulub. Qısası, "Qarabağ" son 10-12 ildə Azərbaycan futboluna hakim komandadır və həqiqətən də güclüdür".

Qeyd edək ki, Azərbaycan çempioni II təsnifat mərhələsində "Şelburn"u (İrlandiya) keçsə, növbəti raundda FKSB (Rumıniya) - “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Rumıniyalılar dünən səfərdə baş tutan ilk görüşdə minimal hesabla məğlub olublar (0:1).

Mutu 2023-cü ildə "Neftçi"nin baş məşqçisi olub.