Fransa Azərbaycan millisini PSJ-nin stadionunda qəbul edəcək

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparacaq Fransa millisinin rəqiblərini hansı stadionda qəbul edəcəyi məyyənləşib.
"Mediasport" xəbər verir ki, "xoruzlar" ev matçlarını PSJ-yə məxsus "Park de Prens" arenasında keçirəcəklər.
Fransa - Azərbaycan qarşılaşması bu il oktyabrın 10-da baş tutacaq.
1972-ci ildə istifadəyə verilmiş stadion 48 min 229 nəfər azarkeş tutumuna malikdir.
Qeyd edək ki, qrupda İslandiya və Ukrayna seçmələri də yer alıblar.