İtaliya A Seriyasının hakimi "Qarabağ" üçün Bakıya gələcək

İtaliya A Seriyasının hakimi "Qarabağ" üçün Bakıya gələcək

İyulun 30-da UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda baş tutacaq "Qarabağ" - "Şelburn" oyununun hakimlər briqadası açıqlanıb.

"Mediasport" xəbər verir ki, İrlandiya təmsilçisi ilə matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın əsas hakmi A Seriyasından tanınan Andrea Kolombo olacaq. Ona Stefano Alassio və Dario Cekkoni yardım edəcəklər.

Dördüncü hakim funksiyasını Kevin Bonakina yerinə yetirəcək. VAR-da Daniele Doveri, AVAR-da isə Daniele Paterna əyləşəcək.

Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək.