"Qarabağ"da ayrılıq oldu - RƏSMİ
“Qarabağ” futbolçu Abbas Hüseynovla yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, Ağdam klubu 2017-ci ildən heyətdə olan müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Azərbaycan millisinin sabiq üzvü "atlılar"la birlikdə 7 dəfə ölkə çempionu, 2 dəfə kubokun qalibi olub.
"Qarabağ" futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.


