Boksçularımızdan "Böyük İpək Yolu"nda 8 qızıl, 3 gümüş medal

Boksçularımızdan "Böyük İpək Yolu"nda 8 qızıl, 3 gümüş medal

Bakıda boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turnirinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, Azərbaycanın finala vəsiqə qazanan 11 təmsilçisindən 8-i yarışı qızıl medalla başa vurub.

Kişilər arasında Sübhan Məmmədov (48 kq), Nicat Hüseynov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Seidcəmşid Cəfərov (75 kq), Alfonso Dominges (92 kq) və Nəbi İsgəndərov (67 kq) çempion olublar.

Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) gümüş mükafatla kifayətləniblər.

Qadınların mübarizəsində isə Zeynəb Rəhimova (52 kq), Aynur Rzayeva (+81 kq) qızıl medal əldə ediblər, Marjona Savriyeva (50 kq) ikinci yeri tutub.

Qeyd edək ki, daha öncə yarımfinalda məğlub olan Şamil Əsgərov, Tağı Nəsibov (hər ikisi 60 kq), Ruslan Rüstəmov (63,5 kq), Məmməd Quliyev (86 kq), Anaxanım İsmayılova (48 kq), Bəhriyyə İbrahimova (54 kq) və Aynur Mikayılova (57 kq) üçüncülükə kifayətləniblər.

Turnirdə 9 ölkədən 200-dək boksçu mübarizə aparıb.